Həbsdə olan OMON-çunun anası vəfat etdi
3-11-2011, 08:45
Oxunub: 6 420
Dövlət başçısına oğlu ilə bağlı müraciət edən ana dünyadan nisgilli getdi
Keçmiş OMON-çu və ömürlük məhbus Səfa Poladovun anası dünən dünyasını dəyişib. Bu barədə Bolgexeber.com-a siyasi məhbusun yaxınları məlumat veriblər. Həmin məlumatda deyilir ki, Nazilə Əfəndiyeva uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.
Xatırladaq ki, Səfa Poladov 1996-cı ildə 1995-ci ilin Mart hadisələrinə görə həbs olunub. Məhkəmənin qərarı ilə ömürlük həbs cəzası alıb. Keçmiş OMON-çunun adı Avropa Şurasının və ABŞ Dövlət Departamentinin siyasi məhbuslar siyahısında yer alıb.
Onu da bildirək ki, Səfa Poladovun anası Nazilə Əfəndiyeva bu yaxınlarda dövlət başçısı İlham Əliyevə müraciət etmişdi. Ölüm ayağında olduğunu xatırladan ana dövlət başçısından oğlunun azadlığa buraxılmasını istəyib. «Bir ana kimi, sizdən rica edirik ki, övladlarımızı həyatımızın bu son çağında bizə bağışlayasız və onları azadlığa buraxasız. Əminik ki, siz humanist və hər bir azərbaycanlının prezidentsiz. Həmçinin ona da əminik ki, ölüm ayağında olan bu ananın çağırışını və müraciətini eşidib Ariflə Səfanı azadlığa buraxacaqsız».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər