Ağdam ƏƏSM-nın direktorunun işi məhkəmədə
7-07-2014, 13:40
Oxunub: 2 939
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan xəbərə görə, istintaq zamanı Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə yolu ilə talamasında şübhələr üçün əsaslar olduğundan ona və mərkəzin əməkdaşları Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər