BolgeXeber.Com » Gündəm » Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar

Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar

8-07-2014, 01:00
Oxunub: 4 552 Tədbir rayon incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatmışdır

Azərbaycan güclü dövlətdir.Azərbaycanın güclü ordusu vardır... Respublika Prezidenti, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin böyük inam və qətiyyətlə dediyi bu sözlər çağrışçı gənclərin ordu sıralarına göndərilməsi ilə əlaqədar iyulun 7-də Kürdəmirdə keçirilmiş mərasimi daha da mənalandırmış, gənclərin hərbi vətənpərvəlik tərbiyyəsinin gücləndirilməsinə mühüm təkan vermişdir.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri hərbi xidmətə yola salmağa gəlmişdilər.Şən və oynaq musiqi sədaları ətrafa yayılmışdı.Qeyd edək ki, belə bir tədbir ilk dəfə idi ki, rayonun Heydər Əliyev Parkında, Ulu Öndərin abidəsi önündə keçirilirdi. Bu bir növ həmin ənənənin başlanğıcı oldu.
Tədbir iştirakçıları, o cümlədən çağrışçı gənclər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoymuşlar.Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səslənmişdir.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Famil Əliyev açaraq Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə etmişdir.
Valideynlər adından çıxış edən müharibə və əmək veteranı,1941-45-ci illər müharibəsinin iştirakçısı Cümşüd Kərimov, adlı-sanlı əməkçi qadın Sevil Osmanova və başqaları çıxış edərək əsgəri xidmətə yola düşən çagrışçılara xeyir -dualarını vermiş,onlara öz məsləhət və tövsiyyələrini bildirmişlər.
Mərasimdə çağrışçılar adından Zaur Səfərli çıxış edərək , ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını ,doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını böyük inam hissi ilə ifadə etmişdir.
Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov öz çıxışnda hərbi xidmətə yola düşən gəncləri , onların valideynlərini təbrik etmiş, vətən naminə böyük fədakarlıq göstərməkdə, ordu quruculuğu sahəsində Ulu Öndərin ideyalarını , eləcə də layiqli siyasi davamçı, Ali Baş Komandan Prezident İlham Əliyevin Milli ordumuzun daim möhkəmlənməsi üçün göstrədiyi diqqət və qayğılara əməli işlərlə, nümunəvi xidmətləri ilə cavab verəcəklərini inamla bildirmişdir.
Sonra çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşmüşlər.
Tədbir rayon incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatmışdır.
Bolgexeber.com