Abşeronda bibioğlu dayıoğlunu- zorladı
8-07-2014, 06:55
Oxunub: 4 064
Bakının Fatmayi kəndində bibioğlu dayıoğlunu qeyri-adi şəkildə zorlayıb
Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev publika.az-a bildirib ki, 24 yaşlı Elvin Babayev dayısı oğlu 22 yaşlı Asif Əsgərovu elə evlərinin qarşısında zorlayıb.
Hadisəni törədən Elvin Babayev əməlinə görə Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutularaq aidiyyəti üzrə əraziyə –Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.
O, istintaqa ifadəsində bildirib ki, Asif Əsgərovla birlikdə kafedə yeyib-içdikdən sonra oradan uzaqlaşıblar. Yolda özlərinə pivə alan qohumlar bir-biri ilə zarafatlarından da qalmayıblar. Lakin zarafatın sonu acı faciə ilə bitib:
“Bir az içkili idik. Bir-birimizlə zarafat edirdik, sonra zarafat mübahisəyə çevrildi və biz dalaşdıq. Çünki o, məni nalayiq sözlərlə təhqir elədi. Mən də əlimdə içdiyim pivə butulkasını daşa vurub sındırdım. Sonra da Elvini yerə yıxıb butulkanın başi ilə onu zorladım”.
Əməlindən peşman olmayan Elvin Babayev “baxmaram qohumdu, yenə söysə, yenə də eyni üsulu edərəm” deyib özünə haqq qazandırdı.
Qeyd edək ki, zərərçəkən dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər