Bakıda evlərin qiyməti rekord həddə çatıb - (Video)
9-07-2014, 16:05
Oxunub: 3 973
Bakının daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb
Bolgexeber.com bildirir ki, ANS TV-nin məlumatına görə, dəqiq rəqəmlərlə ifadə etsək, qiymət artımı 2011-ci ildə 4 faiz, 2012- ci ildə 12 faiz, 2013- də 26 faiz olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32, 6 faiz göstərilir. Qiymətlərin dinamik artımının mövsümü xarakter daşıdığı düşünülsə də, ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədirlər.
Ekspert Nüsrət İbrahimov bildirir ki bazarda təklif azaldıqca qiymətlər artır. 2011-ci ildən Azərbaycanda tikinti nisbətən səngisə də, əhalinin gəlirləri artdı: “Bu artıma səbəb ölkədə aparılan tikinti layihələri, Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki konpensasiya ilə sökülən ərazilər birbaşa təsir etdi”.
Qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində deyil, əsasən Bakı ətrafında, xüsusən də Xırdalan, Masazır və Saray qəsəbələrində kəskin şəkildə nəzərə çarpır. Burda daşınmaz əmlakla yanaşı torpaq sahələrinin də qiyməti artır. Amma Bakının üçüncü və dördüncü dairələrində də kifayət qədər artım müşahidə olunur. Ekspert Akif Mehrəliyev deyib ki, ötən il Bakının üçüncü dairəsi hesab olunan ərazilərdə "Xruşşovka" binalarda ikiotaqlı mənzillər 80.000 idi. İndi isə həmin evlər 100.000 manata təklif olunur. Bu, ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gəlir.
Təklifin azalması ilə daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir. Yalnız bundan sonra, tələb azalarsa, qiymətlərdə ucuzlaşma baş verə bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər