Şəmkirdə arvadını öldürən kişiyə cinayət işi açıldı
9-07-2014, 16:05
Oxunub: 3 998
Şəmkir rayonunda törədilmiş qətllə bağlı cinayət işi başlayıb.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, iyulun 8-də Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Qarayev Seyfəddin Eldar oğlunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Bəsti Zeynalovaya odlu silahdan atəş açaraq onu qəsdən öldürməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Maddi sübutlar, o cümlədən cinayətin aləti olan ov silahı, dolu patronlar və boş gilizlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən tarixdə Seyfəddin Qarayev yaşadığı evin yaxınlığındakı küçədə ailə münaqişəsi zəminində Bəsti Zeynalovaya ov tüfəngindən atəş açaraq onu qəsdən öldürüb. Daha sonra S.Qarayev yaşadığı evə daxil olaraq həmin tüfənglə özünə də bir dəfə atəş açaraq xəsarət yetirib. Ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən S.Qarayev həmin gün aldığı xəsarətdən orada ölüb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər