Abutalibovun oğlu həccə gedib
4-11-2011, 15:35
Oxunub: 6 812

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki müqəddəs Kəbəni ziyarətə gedən azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir.
Zəvvarlar qrupunun üzvləri modern.az saytına bildiriblər ki, onlar dini ayinləri icra edirlər, artıq Kiçik Həcc ziyarəti başa çatıb. Zəvvarlarımız sabahdan böyük Həccin əməllərinə başlayacaqlar.
Bolgexeber.com xəbər verir ki, bu il Həccə gedən azərbaycanlı zəvvarlar arasında xeyli tanınmış sima var. Məsələn, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül, sabiq deputat Hüseyn Abdullayev, jurnalist Pərviz Həşimli və başqaları.
Eyni zamanda günahlarının bağışlanması üçün Allahın evinə gedən azərbaycanlı zəvvarlar arasında xeyli sabiq polis rəisinin də olduğu bildirilir. Modern.az saytı Həccə gedən sabiq polis rəislərinin adını dəqiqləşdirə bilməyib.
Bundan başqa, xeyli azərbaycanlı iş adamı - sahibkarlar, biznesmenlər də bu il Həccə gedənlər sırasındadır.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycandan Həccə 2000 zəvvar avtobus və təyyarələrlə gedib.
Sayta məlum olub ki, Məkkəni ziyarətə gedən zəvvarlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovdur.
Qeyd edək ki, Hacıbala Abutalıbovun oğlu qeyri-adi sərgüzəştləri, bədxərcliyi və ərköyünlüyü ilə ad çıxarıb. Məlumatlara görə, o, son zamanlar özünü tamamilə dinə həsr edib, özünə qapanıb, evdən çıxmayaraq bütün günü ibadətlə məşğul olur. İsrafil Abutalıbov köhnə çevrəsi, dostları və bir vaxtlar dəbdəbəli əyləncə məclislərində birgə olduğu insanlarla əlaqələrini də tamam kəsib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə ailə həyatına son qoyandan sonra Londanda yaşayan İ. Abutalıbov uzun müddət Bakıya qayıtmayıb. Deyilənə görə, o, Bakıya qayıdanda vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldibmiş. Allah bütün günahı olanları bağışlasın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər