Bu gün bürcünüz nələr vəd edir?
12-07-2014, 01:50
Oxunub: 3 568
QOÇ - Həftənin ən düşərli gününü yaşayacaqsınız
Bu səbəbdən də bəd şeyləri yada salıb ovqatınızı pozmayın. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Göy qübbəsi sizi müdafiə edəcək.
BUĞA - Kifayət qədər gərgin gündür. Ən xırda səhviniz və ya mübahisəniz uzunmüddətli başağrınıza səbəb ola bilər. Odur ki, maksimum tədbirli və ehtiyatlı olmalısınız. Səhhətinizi də qoruyun.
ƏKİZLƏR - Fəaliyyət zəminində gərginlik hökm sürsə də, təmkin göstərməklə özünüzü ələ almalısınız. Ulduzlar yeganə uğurunuzun ailə-sevgi münasibətlərində mövcud olacağını bəyan edir.
XƏRÇƏNG - Riskdən uzaq olun. Aldığınız hər bir təklifi dönə-dönə fikir süzgəcindən keçirin. Uğursuzluğunuza görə ulduzlara söyməkdənsə, səhvlərinizi aradan qaldırın. Məsləhətə ehtiyacınız var.
ŞİR - Təzə xəbər və təkliflər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə oturmaqdan vaz keçin. İndi sizə ən əvvəl münasibətləri aydınlaşdırmaq lazımdır. Düşmən də olsa, hər kəslə mülayim davranın.
QIZ - Göy qübbəsi yeni əlaqə və tanışlıq üçün qarşınıza şanslar çıxaracaq. İstər dostluq-yoldaşlıq, istərsə də ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq. Amma yalan vədlər də verməyin.
TƏRƏZİ - Əgər bu gün büdcənizdə artım etmək fikriniz varsa, bəri başdan təxirə salın. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində sevindirici hadisə və görüşlərə hazır olun.
ƏQRƏB - Təxminən saat 13-ə qədər ümumi ovqatınızda gərginlik hökm sürəcək. Həmin ərəfədə daha çox istirahətə yer verin. Nahardan sonra isə əməkdaşlıq zəminində irəliləyişlər mümkündür.
OXATAN - Digər od ünsürlü bürclər kimi bu gün sizin də ümumi əhvalınız yüksək səviyyədə olacaq. Reallıqla ayaqlaşmaqla ötən həftələrdən qalmış problemlərinizi aradan qaldırmağa çalışın.
OĞLAQ - İşgüzarlığınız artdığından gün ərzində qarşınıza çıxan bütün maneələri aradan qaldıracaqsınız. Şəxsi işlərinizdə müsbət dönüş də baş verəcək. Nahardan sonrasa qonaq getməyə çalışın.
SUTÖKƏN - Qayğılarla dolu olan bu tarixdə iş yoldaşlarınız və ya qonşularınızla münasibətləri məcrasından çıxarmayın. Hummanistlik edin. Bu gün uzaq yola çıxmaq, qonaq getmək səmərəlidir.
BALIQLAR - Kifayət qədər passiv təqvimdir. Qeyri-adi hansısa xeyir əldə etmək fikrindən daşının. Hətta adi sövdələşmələr üçün də uğurlu ərəfə deyil. Günün ikinci yarısı ziyarətə getməyiniz məsləhətdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər