Cahangir Əsgərov isə öz ad gününü belə qeyd etdi...
12-07-2014, 08:35
Oxunub: 3 804
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) baş direktoru Cahangir Əsgərov özünün ad günü münasibətilə işçilərinə güzəşt edib
Bolgexeber.com bildirir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, Cahangir Əsgərov iyulun 11-də 64 yaşının tamam olması münasibətilə AZAL-ın işçilərinin maşını yarım ay tez verib.
AZAL-dakı mənbələrdən verilən xəbərə görə, əmək haqlarını hər ayın 25-dən sonra alan işçilər artıq iyul ayının maaşını alıblar. AZAl işçilərinin dediklərinə görə, hər il Cahangir Əsgərovun ad günündə əmək haqlarını ayın axırında deyil, əvvəlində alırlar.
Qeyd edək ki, Cahangir Əsgərov 1950-ci il, iyulun 11-də Bakıda anadan olub. 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirən C.Əsgərov 1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava Limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində çalışıb.
Ailəli və 2 övladı olan C.Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru postundadır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər