BolgeXeber.Com » Gündəm » Sumqayıtın icra başçısı iki əlini itirmş şəxsi 3 ildir qəbul etməkdən imtina edir
Sumqayıtın icra başçısı iki əlini itirmş şəxsi 3 ildir qəbul etməkdən imtina edir
15-07-2014, 11:50
Oxunub: 2 979
Bunu da başçının vicdanına yazaq...
Döyüş tapşırığını yerinə yetirərkən əlil olan Xəzər Mirzəyevin 20 kv.m torpaq almaq üçün müraciətlərinə isə əhəmiyyət verən yoxdur
Bolgüexeber.com bildirir ki, Sumqayıt şəhər sakini, 1-ci qrup əlil Xəzər Mirzəyev şəhər icra başçısı Eldar Əzizovla 3 ildir ki, görüşə bilmir. Bu barədə jam-a Tərtərdə hərbi tapşırığı yerinə yetirərkən iki əlini də itirmş əlil özü məlumat verib.
Sumqayıtdakı 5-ci mikrorayon, ev 8/12, mənzil 200-də yaşayan 1-ci qrup əlilin elə böyük istəyi yoxdur. O deyir ki, Eldar Əzizovla görüşməkdə məqsədi kommersiya məqsədi ilə 20 kv.metr torpaq sahəsi almaqla bağlıdır. Belə ki, o, faktiki olaraq fiziki imkanları məhdud olduğundan başqa işlə məşğul ola bilmədiyindən ailəsini dolandırmaq üçün yalnız yüngül işlər görmək məcbəriyyətində qalıb. Üstəlik, qanunverciliyə görə, müharibə şəraitində əlil olmuş şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər görülməlidir ki, onlardan biri də torpaq sahəsi ilə təmin olunmadır.
Xəzər Mirzəyev 3 ildir görüşə bilmədiyi Eldar Əzizovdan şikayətçi düşərək, ondan yuxarı dairələrə yazmaq fikrindədir. Amma ümid edir ki, mətbuat vasitəsi ilə bəlkə Sumqayıtın icra başçısının qəbuluna düşmək səsini çatdıra bildi.
Qeyd edək ki, iki əlindən də məhrum olan Mirzəyev ailəlidir və bir uşağı var. Üstəlik, kirayədə yaşayır. Və bu qədər üst-üstə düşən məqama rəğmən, Eldar Əzizovun onu qəbul etməməsi qətiyyən başa düşülən deyil.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər