Heroin əməliyyatı Aydın Əliyevin istefasına nədən ola bilər
15-07-2014, 18:15
Oxunub: 3 484
Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən hökumətin iclasında Azərbaycanla sərhəddə tutulan 3 ton təmiz heroinə görə Daxili İşlər Nazirliyini təbrik edib. Xarici mətbuat xəbər verir ki, gürcü baş nazir bu əməliyyata görə ölkəsinin Daxili İşlər Nazirliyini alqışlayıb. "Çikaidzenin (Gürcüstanın daxili işlər nazirini nəzərdə tutur-red.) nazirliyi böyük həcmdə narkotik ələ keçirib. Bu cür böyük miqdarda heroini indiyədək nəinki bizim ölkədə, heç qonşu ölkələrdə ələ keçirməmişdilər.
Mən bu uğur münasibətilə sizi təbrik edirəm. Bu, bizim ölkənin narkotiklərə qarşı ciddi mübarizə aparmaq iradəsini bir daha əks etdirir” - deyə Qaribaşvili bildirib. Qeyd edək ki, iyulun 11-də Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınına baxış zamanı 2 ton 790 kiloqram təmiz heroin aşkar edib. Heroin saflaşdırılıb və maye halda olub. O, 93 ədəd 30 litrlik maye sabun çəlləklərində qablaşdırılıb. Ekspertiza müəyyən edib ki, ələ keçirilmiş narkotik maddə 80 faiz saflaşdırılmış təmiz heroindən ibarətdir və bazar dəyəri yüz milyonlarla dollardır. İşlə bağlı iki Gürcüstan vətəndaşı saxlanılıb. Azərbaycan tərəfi isə 3 ton təmiz heroinin ölkə ərazisindən keçib Gürcüstana necə daxil olduğuna şərh vermir. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin rəhbəri Elxan Nağıyev "Turan”a bildirib ki, onlarda belə informasiya yoxdur: "Gürcüstan hüquq-mühafizə orqanları bu barədə bizə müraciət etməyib”. Bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi, habelə Dövlət Sərhəd Xidmətinə ünvanlanacaq suallar kifayət qədərdir. Çünki öz növbələrində Dövlət Gömrük Xidməti və digər hüquq-mühafizə orqanları da qalmaqalı şərh etmirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti «FAB»-ın istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə «FAB» boyasının təsviri ilə böyük reklam yer alıb. Nəzərinizə çatdıraq ki, narkotik maddənin maye halda nəqli ilk dəfə bir neçə il əvvəl əfqan heroin istehsalçıları tərəfindən kəşf edilib. Maye heroin narkotik maddənin müxtəlif ərzaq və texniki mallar adı altında nəqlini asanlaşdırıb. Qeyd edək ki, «Gündəlik Bakı» qəzeti olaraq biz illərdir Azərbaycanın sərhədlərindəki bəzi gömrük postlarından narkotik maddələrin xarici ölkələrə çıxarılması ilə bağlı əldə etdiyimiz xəbərləri ictimailəşdirir, Dövlət Gömrük Komitəsini və Dövlət Sərhəd Xidmətini, habelə digər hüquq-mühafizə orqanlarını ayıq-sayıq olmağa çağırırdıq. Təəssüf ki, bəzi materiallarımıza aqressiv münasibət bəsləyən Dövlət Sərhəd Xidmətinin rəhbərliyində fərqli düşünürlər? Habelə Dövlət Gömrük Komitəsində də həmçinin. Qəribədir, bəzi gömrük postları harda yatıb? Üzümüzü sizə tutub sual veririk cənab Aydın Əliyev: - Azərbaycandan keçib Türkiyəyə gedən yük maşınındakı 2 ton 790 kiloqram təmiz heroin hardan, hansı postdan keçib? İyulun 11-də aşkarlanmış bu faktın araşdırılması ilə bağlı göstəriş verdinizmi? Axı 2 ton 790 kiloqramlıq heroin iynə, sap deyil ki, «görməmişik» deyəsiniz. Cənab Dövlət Gömrük Komitəsinin rəhbəri, Gürcüstanın Daxili İşlər Nazirliyinin ələ keçirdiyi böyük həcmdə narkotik hansı gömrük postundan keçib? Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunları, prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, normativ hüquqi aktlarını rəhbər tutduğunu bildirən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, onun tabeliyindəki Sərhəd Qoşunları hara baxır Elçin Quliyev? Cənab general, 2 ton 790 kiloqramlıq heroin nə məsələdir? Əgər yalandırsa, Azərbaycan hökuməti, o cümlədən Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti Gürcüstan hökumətini niyə məhkəməyə vermir? Yox əgər Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin açıqladığı fakt, həmin ölkənin Daxili İşlər Nazirliyinin aşkarladığı 2 ton 790 kiloqramlıq heroin qalmaqalı doğrudursa, buna görə kim məsuliyyət daşıyır? Cənab Elçin Quliyev, bu məsələyə görə kim cavab verəcək? Mən cavab verəcəm?
Axı cavabdeh şəxslər siz, Aydın Əliyev və digər hökumət rəsmilərisiniz. Belə isə niyə cavab vermirsiniz? Hər halda bu fakta görə möhtərəm ölkə başçısının qarşısında cavab verməli olacaqsınız. Bəs deyirdiniz sərhədlərimizdən qanunsuz heç bir şey keçirmək mümkün deyil? Olmaya Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin aşkarladığı 2 ton 790 kiloqramlıq heroin «qanuni»dir? Niyə cavab vermirsiniz cənablar? Fakt ortada, qalmaqal da bu. Olmaya bu boyda cinayətə görə təkcə üzərində «FAB»ın reklamı olan maşın, onun sürücüsü məsuliyyət daşıyır? Sürücü və yük maşınındakı fakt öz yerində, bəs gömrük postları, sərhəd qoşunları hara baxır? gundelik-bakı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər