Prezident ordenlər verdi: 4 sərəncam
16-07-2014, 18:25
Oxunub: 3 465
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Tofiq Məhəmmədəli oğlu Zeynalov Respublikanın ictimai-siyasi həyatında xidmətlərinə görə təltif olunub.
18:51
Prezident İlham Əliyev Rasim Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilir.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, ölkədə həyata keçirilən institusional islahatlar nəticəsində yaradılan "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərə yenilik gətirmiş, bu sahədə rahatlığı və şəffaflığı təmin etmişdir.
Müasir texniki avadanlıqla təchiz edilmiş avtobusların regionlara səfərlərinin təşkil edilməsi vətəndaşlara bilavasitə yaşayış yerində operativ və yüksək peşəkarlıqla müxtəlif xidmətlər göstərilməsinə şərait yaratmışdır.
Sərəncama əsasən, görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8,0 (səkkiz) milyon manat ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
19:08
Prezident İlham Əliyev Akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər