BolgeXeber.Com » Gündəm » Kürdəmirin Ərəbxana kəndində səyyar qəbul-görüş keçirildi

Kürdəmirin Ərəbxana kəndində səyyar qəbul-görüş keçirildi

17-07-2014, 10:20
Oxunub: 3 414 Kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu

İyulun 16-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Mollakənd inzibati ərazi dairəsinin Ərəbxana kəndində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi Niyaz Əliyevin iştirakı ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Mollakənd inzibati ərazi dairəsinin nümayəndəsi Ağamir Həsənov və kənd bələdiyyəsinin sədri Mustafa Rəhimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.
Səyyar qəbulda iştirak edən kənd sakinləri ziyalı Zakir Baxşıyev , Qarabağ müharibəsi iştirakçısı Ədalət Əzizov , təqaüdçü Sümuzər Nuruyeva və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışmışlar.
Kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Görüşdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etmişlər.
Görüşü yekunlaşdıran İcra başçısı Ceyhun Cəfərov Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon sakinləri ilə yerlərdə görüşüb onların problemləri ilə yerindəcə maraqlanır və tədbirlər görürük. Biz ilk növbədə yerlərdə əhali ilə səyyar qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışırıq. Rayon rəhbəri qaldırılmış məsələlərin tezliklə öz həllini tapacağını və rayon sakinlərinin rifah hallınının gün-gündən daha da yaxşılaşacaçını inamla söylədi.
İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Bolgexeber.com