İcra başçısı vətəndaşların etimadını doğrultmayıb
17-07-2014, 12:15
Oxunub: 4 117
Qoca Səmədov vədinə əməl etmədi
Son günlər rayon sakinlərinin şikayət etdikləri məmurlardan biri də Yevlax rayonunun icra başçısıdır. Bildirilir ki, rayona rəhbər göndərilən Qoca Səmədov bu vaxta qədər özünü sakit birisi kimi təqdim etməyə çalışsa da, əslində, bunun belə olmadığı son baş verən olaylarda özünü göstərməkdədir. Sakinlərin bildirdiyinə görə, Elmar Vəliyevin dövründə Yevlaxda əməlli-başlı quruculuq işləri həyata keçirilsə də, Qoca Səmədov bu günə kimi həmin sürətli inkişafa nail ola bilməyib.
Əksinə, rayonun bəzi məmurları əvvəlki dövrdə inşa etdirilən tikililəri sökməkdə ad çıxarıblar. Sakinlər bildirir ki, bəzi yerlərdə olduğu kimi Yevlaxda da söküntü üçün əsas bəhanə məhz toplama kampaniyasıdır. Vətəndaşların sözlərindən aydın olur ki, bir müddət əvvəl yalnız Yevlax bulvarının yenidən qurulmasına girişmiş bəzi məmurların bu layihədə xüsusi maraqları varmış. Hər bir sahibkardan bulvarın qurulması adı altında hər ayın sonu «yığım» əməliyyatı həyata keçirilib.
Lakin bulvarda təmir işləri uzun müddət başa çatmaq bilməyib. Başçı hər dəfə bir bəhanə tapırmış. Rayonu nişadamları vurğulayırlar ki, son günlər burada yeni toplama kampaniyasına start verilib. Bəzi sahibkarlara əllərindəki biznesinin miqyasına uyğun olaraq «aylıq» müəyyən olunub. Bu vəsaitləri isə məmurlardan biri yığır. Həmin şəxs rayon rəhbərliyinin bir nömrəli adamı hesab edilir. Sakinlərin sözlərinə görə, hətta sahibkarların müvafiq qurumlara etdikləri müraciətlər də qulaqardına vurulub. Hətta məmurlardan biri şikayətlərə gülərək deyir ki, ona kimsə toxunmayacaq.
Bütün bunlar rayonda bir sıra problemlərin meydana gəlməsi ilə nəticələnib. Nəzərinizə çatdıraq ki, Qoca Səmədov əslən yevlaxlıdır. Əmək fəaliyyətinə 1982-ci ildə Şəki şəhəri ipək kombinatında sahə ustası kimi başlayıb. 1996-cı ildə «Azərittifaq»ın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004-cü illərdə "Qafqaz” Kooperativinin sədri işləyib. 2006-2011-ci illərdə isə Yevlax RİH-də icra başçısının müavini çalışıb. O, icra başçısı vəzifəyə yenicə təyin edildiyi vaxtlarda yevlaxlılara böyük vədlər verib və onlara xoş güzəran yaşadacağını bildirib. Lakin rayondakı mövcud problemlər icra başçısının vədlərinə əməl etmədiyini göstərir.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər