BolgeXeber.Com » Gündəm » «Bakcell» danışıq kartlarına görə niyə bildiriş göndərmir?-

«Bakcell» danışıq kartlarına görə niyə bildiriş göndərmir?-

17-07-2014, 12:40
Oxunub: 3 417 «Bakcell»in daha bir özbaşınalığı üzə çıxdı

Respublikamızın ilk mobil operatorunun texniki problemlərin əlində aciz qalması barədə xəbərləri dərc etsək də, təəssüf ki, şirkət hələ də çatışmazlıqlarını aradan qaldırmaq niyyətində deyil. Qeyd edək ki, ağunəçilərin əsəbləri ilə oynayan «Bakcell» şirkətində ən yüksək səviyyəli keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Çünki respublikamızın ilk mobil operatoru olan «Bakcell» şirkəti son vaxtlar istifadəçilərini çətinliklərlə üzləşdirib.

Belə ki, şirkətin göstərdiyi xidmətin səviyyəsi qat-qat aşağı düşüb. Təəssüf ki, bəzi telekanallarda özünü hər gün reklam edən, «Dəyişək, inkişaf edək» devizi altında müştəri qazanmağa çalışan şirkətin fəaliyyəti heç də reklamda göründüyü kimi deyil. Məsələ burasındadır ki, mobil operator haqqında az qala hər gün müxtəlif şikayətlər olunsa da, tədbirlər görülmür. Şikayətlər müxtəlif xarakterli olsa da, onları bir neçə qrupda ümumiləşdirmək olar. İlk öncə qeyd edək ki, milyonları aldadan şirkət niyə vədlərə yalançı çıxır. Əfsuslar olsun ki, «biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik» vədlərini verən şirkət hələ də abunəçilərinə yalanlar sırımaqdadır. Artıq neçə aydır, «Bakcell» şirkətinin abunəçiləri nömrələrinə yüklənilən danışıq kartlarının yüklənib-yüklənmədiyini öyrənə bilmirlər. Qəribədir, «biz hər zaman müştərilərimizə onların gözlədiklərindən daha çox fayda verəcəyik» yalançı vədlərini verən şirkət niyə aylardır, bəzi mobil nömrələrin üzləşdiyi problemləri həll etmir? Hər dəfə bu nömrəyə danışıq kartı yüklədikdə şirkət «Zəhmət olmasa gözləyin, sorğunuza cavab veriləcək» şablon sorğusu ilə bizi saatlarla gözləməyə məcbur edir. Hansı ki, danışıq kartının yüklənib-yüklənmədiyi haqda məlumat nömrəyə dərhal göndərilməlidir. Lakin saatlarla gözləsək də, bunun şahidi olmuruq. Həmin səbəbdən də «*100#yes» xidmətindən istifadə etməli oluruq. Abunəçilər yüklədikləri sirli kodların yüklənib-yüklənmədiyini öyrənmək üçün düz 1 saat gözləməli olurlar. Nömrələrə «sizə cavab veriləcək» şablon bildirişi gəlir. Amma həmin danışıq kartlarının balansı yüklənib-yüklənmədiyi sonrakı 1 saat ərzində məlum olmur. Yaxud başqa misal: - dünən Mobil nömrəmizə «220 123 9254 29396» sirli kodunu - 1 manatlıq danışıq kartını yüklədik. Bundan bir neçə saat sonra nömrəmizə «2222»-dən hansı bildiriş gəlsə yaxşıdır: «Hörmətli abunəçi, yüklədiyiniz məbləğin etibarlılıq müddəti 3 günə bitəcək, nömrəniz ikitərəfli bağlanacaq. Lütfən balansınızı artırın, dostlarınızla ünsiyyətdə olun»«Gündəlik Bakı».