BolgeXeber.Com » Gündəm » Kəlbəcər “diversant”ımızın Qarabağa ilk səfər fotosu yayıldı

Kəlbəcər “diversant”ımızın Qarabağa ilk səfər fotosu yayıldı

17-07-2014, 12:50
Oxunub: 3 841 Ermənilərin girov götürdüyü Dilqəm Əsgərovun Kəlbəcərə ilk səfəri ilə bağlı foto yayımlanıb

Bolgexeber.com bildirir ki, bu fotonu Feysbuk profilində astroloq Səbuhi Rəhimli yerləşdirilib.

“Dilqəm Əsgərovun ilk Kəlbəcər səfəri (1998) və ya onu günahlandıran sərsəmlərə cavab” başlığı ilə yerləşdirilən fotonun şərh bölümündə Səbuhi Rəhimli Dilqəm Əhmədovun öz anasının qəbrini ziyarət üçün Kəlbəcərə getdiyini vurğulayıb:

“Cəmi 5 il dözmüşdü həsrətə. 1998-ci ildə dura bilmədi, ayaq basdı Kəlbəcərə, kəndi Şapları qarış-qarış gəzdi, hönkürdü, sevindi, otların üstünə uzanıb yatdı. Dağılmış, quruca daşı qalan evlərinin divarlarını qucaqladı. Ölülərinin qəbrini ziyarət etdi.

Dilqəm Əsgərovun "günahı" bu idi ki, işğaldan 5 il sonra yurduna getmişdi, "günahı" bu idi ki, anasının qəbrini bax beləcə ziyarət etmişdi. Görəsən neçə oğul var ki, işğal altda inləyən anasının qəbrini ziyarətə gedir?”