Ukraynada təyyarəni vuranlar tapıldı- Video
18-07-2014, 09:55
Oxunub: 2 984
Ukrayna təhlükəsizlik xidməti rusiyameylli döyüşçülərin vurulmuş təyyarə ilə bağlı danışıqlarını əldə edib
Bolgexeber.com “ans press”ə istinadən xəbər verir ki, danışıqlarda bir neçə terrorçu Ukraynanın şərqində vurulmuş təyyarə haqqında danışır.
16:33-də "Mayor" çağırışlı döyüşçü vurulmuş təyyarə haqqında "Yunan" çağırışlı başqa döyüşçüyə məlumat verir.
"Bu "çernuxinskilər" təyyarəni saldılar (vurdular)… Kazaklar, hansı ki Çernuxinoda dururlar. Təyyarə havada dağıldı, "Petropavlovsk" şaxtası ərazisində. Birincini "ikiyüzüncünü" tapdılar. Qadın idi. Vətəndaş", - o məlumat verir.
40 dəqiqə sonra, 17:42-də, o təsdiq edir ki, vurulmuş təyyarə mülki təyyarə idi: "Daha qısası, yüz faiz vətəndaş bortudur". Qarşılıqlı suallar (məsələylə bağlı), çox insanlar var idi orda, müsbət cavab verir. Təyyarədə silah olub-olmadiği ilə bağlı suala, cavab verir: "Ümumiyyətlə heç nə - vətəndaş şeyləridir, tibbi şeylər, dəsmallar, belə, tualet kağızı".
Həmçinin, "Mayor"un sözlərinə görə, avialaynerin qəza yerindən İndoneziyadan olan tələbənin sənədləri tapılıb, hansı ki, Tompson universitetində oxuyurdu.
Bundan başqa, yazıda Rusiya Federasiyası vətəndaşı “Bes” ləqəbli İqor Bezleranın danışıqları var. “Bes” vurulmuş təyyarə barədə Rusiya Federasiyasının Baş kəşfiyyat qərargahının polkovniki Vasiliy Qeraninə məlumat verir.
"İndicə təyyarəni vurdular. "Minera" qrupu. Yenakiyevoya düşdü… Axtarmağa və təyyarənin şəklini çəkməyə getdilər. Tüstülənir", - deyə 16:40-da Bezler Qeraninə bildirir.
"Neçə dəqiqə əvvəl?" sualına, o cavab verdi: "30 dəqiqə haradasa".
Danışıqların yazısını axşam Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko brifinqində elan edib. O təsdiq edib ki, faciə Ukraynanın ərazisində 16:20-də olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər