BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadənin daha bir işçisindən narazılıq var

Əhməd Əhmədzadənin daha bir işçisindən narazılıq var

18-07-2014, 15:35
Oxunub: 2 926 Bu gün Qarabağ ərazisində meşə massivi, demək olar, məhv edilib. Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə, kiçik ərazidə isə baxımsızlıqdan xeyli hissəsi qurumuş nar bağlarına rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir. Redaksiyamıza daxil olan məlumatlarda Qarabağ meşələrinin bir tərəfdən sistematik olaraq qırılması, digər tərəfdən isə getdikcə şoranlaşan torpaqlarda meşələrin təbii məhv olması barədə həyəcan siqnalları öz əksini tapmışdı. Təqdim olunan məlumatlarda həmçinin bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə məsuliyyət daşımalı olan müəssisələrdən biri də Qarabağ Meşə Meliorasiya İdarəsidir. Qeyd olunur ki, bu idarənin rəisi Rəşid Rzayev əvvəllər də öz vəzifə borclarının icrasına məsuliyyətsizliklə və yalnız şəxsi maraqları baxımından yanaşıb. Bu gün isə yaşı 70-i keçmiş meliorator qazanc mənbəyi kimi gördüyü vəzifəni əlindən buraxmaq istəmir. Mənbələrin iddiasına görə özü artıq işləmək iqtidarında olmayan Rəşid Rzayev hələ ötən il Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərindən xahiş edib ki, onu işdən çıxaracağı təqdirdə yerinə oğlu Vüqarı gətirsin. Məlumatlara görə, Rəşid Rzayevin oğlu ali təhsilli deyil. Və ya onun harada təhsil aldığını nə bilən var, nə də görən. Bəzi mənbələr isə Vüqarın artıq saxta diplomu olduğunu iddia edirlər. Məsələ bundadır ki, hələ tələbə vaxtlarından Ə.Əhmədzadə ilə dostluq münasibətləri olan Rəşid müəllim artıq keçən il oğlunu Qarabağ Meşə Meliorasiya İdarəsinə rəis əvəzi təyin etdirə bilmişdi. Lakin bu təyinat ali təhsil barədə sənəd olmadan həyata keçə bilməzdi. Digər tərəfdən də hələ 2012-ci ildə rayonda keçirilən iclasların birində Bərdə RİH başçısı Vidadi İsayevin Rəşid müəllimin oğluna vəzifə təqdim etdiyini eşidənlər olub. Həmin vaxt Rəşid Rzayev də cavabında qeyd edib ki, oğlu ali təhsilli deyil və bu səbəbdən də onun xahişini kimsədən etmir. Maraqlıdır, görəsən Vüqar Rzayev ali təhsili olmadan Meliorasiya İdarəsinə rəis vəzifəsinə təyinatı necə alıb?Amma bəlli ki, bu vəzifənin əldən çıxmaması üçün Rəşid Rzayev istənilən vasitələrə əl ata bilər. Daxil olan məlumatlarda mənbələr iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına Rəşid Rzayev tərəfindən geniş yer verilir. Uzun illərdən bəri idarənin hesabına təmir işləri üçün inşaat materialları, torpaqqazan mexanizmlər, su nasosları, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələri alınması və digər ehtiyaclar üçün ayrılan dövlət vəsaitləri mənimsənilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir.