“Sovetski"lilərə xəbərdarlıq
19-07-2014, 15:00
Oxunub: 3 953
"Polisin səyi ilə "Sovetski"də ikinci "Muray" hadisələrinin qarşısı alındı"
Yasamal Rayon İcra Hakimiyyətindən “Sovetski" sakinlərinə xəbərdarlıq edilib
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov açıqlamasında bir neçə gün öncə “Sovetski” sakinlərini aşağı qiymətlə ev tikməklə aldadan tikinti şirkətindən söhbət açıb. O, qeyd edib ki, həmin tikinti şirkətinin əməkdaşları insanları aladaraq pullarını əllərindən almaq istəyiblər:
“Hüquq mühafizə oraqanlarının səyi nəticəsində "Sovetski"də ikinci "Muray" hadisələrinin baş verməsinin qarşısı alındı.İnsanların mənzil şəraitlərinin yaxşılaşaması üçün gözəl şans yaranıb. Amma onları aldatmağa çalışdılar. Gələcəkdə də belə bir şirkətlər meydana çıxarsa sakinlər ilk növbədə Yasamal Rayon İcra Hakimiyətinə gəlsinlər. Onlar bilmədən gedib kimsə ilə müqavilə bağlamamalıdırlar. Sonra aldadılmış vəziyyətə düşməmək üçün belə hallara yol verməmək lazımdır".
Qeyd edək ki, bir neçə gün öncə Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi “DES” MMC-nin vəzifəli şəxslərinin mənzil tikintisi adı altında yol verilən dələduzluq faktına görə saxlanılması ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı şəhər sakini Asəf Hacı İsmayılov və qeyriləri tərəfindən təsis edilmiş “DES” MMC-nin vəzifəli şəxsləri “Köhnə bakılılara yeni ev” şüarı altında sayt yaradıb. Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək üçün guya paytaxtın mərkəzi prospektlərindən birində çoxmərtəbəli bina tikəcəkləri barədə həmin saytda və digər kütləvi informasiya vasitələrində reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdiriblər.
Araşdırmalar zamanı cəmiyyətin sözügedən fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Adıçəkilən şirkətin vəzifəli şəxsləri - Asəf Hacı-İsmayılov, Nazim Səmədov və Orxan Fərhadov şübhəli şəxs qismində tutulublar.
Tutulan şəxslərin ifadələrindən və digər sənədlərdən də göründüyü kimi, onlar inşa edəcəkləri, ümumi dəyəri 17.000.000 manatdan çox olan 16 mərtəbəli, 9 bloklu və 810 mənzilli binada həmin mənzillərin hər kvadratmetrini sakinlərə guya 380 manata satmağı nəzərdə tutublar.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər