BolgeXeber.Com » Gündəm » Gözəllərin kraliçası Bakıdadır (FOTO)

Gözəllərin kraliçası Bakıdadır (FOTO)

19-07-2014, 15:00
Oxunub: 3 618 “Dünya gözəli” təşkilatının prezidenti Paula M.Şuqart və “Dünya gözəli - 2014” müsabiqəsinin qaliblərindən biri Qabriela İsler Bakıdadır.

Bolgexeber.com-un məlumatına görə, 1news.az bildirib ki, qonaqlar ilk olaraq Heydər Əliyev Mərkəzinə səfər ediblər və ümummilli liderə həsr edilmiş eksponatlara tamaşa ediblər. Səfər milli mətbəximizi təqdim edən – Sumakh restoranında şam yeməyi ilə bitib.

Qeyd etmək lazımdır ki, televiziya industriyasına dair 20 illik təcrübəyə malik Paula M.Şuqart “Dünya gözəli” təşkilatına 1998-ci ildə vitse-prezident kimi qoşulub. 2009-cu ildə Donald Trampın özü onu prezident postuna təyin edib.

Qabriela İsler isə Venesuella modeli, Moskvada Crocus City Hall-da keçirilən “Dünya gözəli - 2013” gözəllik müsabiqəsinin qalibidir.

Xatırladaq ki, İsler “Dünya gözəli” müsabiqəsinin qalibi olan yeddinci venesuelalıdır (bu göstərici ilə venesuellalılar, səkkiz gözəllik kraliçası tacına sahib olan amerikalılardan sonra ikinci yerdədirlər).