Şikayətçilər Şahin Mustafayevdən pul istədi
19-07-2014, 18:00
Oxunub: 3 829
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev vətəndaşlarla növbəti qəbulunu iyulun 19-da Zaqatala şəhərində keçirib
Məlumata görə, şəhər 2 nömrəli tam orta məktəbin binasında keçirilən qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib.
Araşdırma tələb olunan, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Zaqatalada keçirilən qəbulda nazir Şahin Mustafayev 100-dək vətəndaşı qəbul edib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və digər məsələlərlə bağlı olub.
Arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib (“Qafqazinfo”).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər