Ukrayna ordusu 35 çeçen muzdlusunu əsir götürdü
21-07-2014, 10:50
Oxunub: 4 730
Ukrayna Silahlı Qüvvələri son bir sutka ərzində Luqansk vilayəti ərazisindəki döyüşlərdə 35 silahlını əsir götürüb
Bunu özünün "Facebook” səhifəsində Ukraynanın müdafiə naziri Valeri Qeletey yazıb. O, iyulun 20-də axşam Luqansk vilayətinin Lisiçansk, Rubejnoye, Severodonetsk və Luqansk şəhərləri ətrafında toqquşmaların davam etdiyini deyib:
"Terrorçular panika halında hərbi texnika ilə birlikdə mühasirədəki Lisiçansk şəhərindən çıxmağa cəhd göstəriblər, lakin Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalıblar. Nəticədə onlara məxsus 3 hərbi texnika vurularaq yandırılıb. Muzdlular döyüş yerindən mühasirədəki şəhərə qaçmağa məcbur olublar. Son sutka ərzində Ukrayna hərbçiləri 35 rusiyalı muzdlunu əsri götürüb, onların böyük hissəsi "kadırovçu”lardır. Biz irəliləməyə davam edirik”.
Qeyd edək ki, "kadırovçu”lar adı altında Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Ukraynaya separatçılara dəstək məqsədilə göndərdiyi muzdlu çeçenlər nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər