BolgeXeber.Com » Gündəm » Şirkətdən cavab:"Sevil" Massivinin rəhbəri ölkədən qaçmayıb

Şirkətdən cavab:"Sevil" Massivinin rəhbəri ölkədən qaçmayıb

23-07-2014, 16:45
Oxunub: 2 414 "Aynur Zeynalov Respublikadadır"...

Az əvvəl belə bir xəbər yayıldı ki, Sevil Massivi MTK-nın rəhbəri Azərbaycanı tərk edib. Bununla bağlı Bolgexeber.com-a şirkətdən rəsmi münasbiət göndərilib. Həmin münasibəti olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan diqqətinizə təqdim edirik:

"Sevil Massivi MTK müştərilərə FAİZSİZ kreditlə torpaq və mənzil əldə etmək imkanı yaradır. Azərbaycanda ilk inşaat sektoru kimi FAİZSİZ kredit şərti ilə minimum qiymətlərlə mənzil və ya torpaq təklif edən yeganə şirkət olaraq təqdim etdiyimiz kammunikasiya xətləri ( qaz, su, işıq, kanalizasiya və telefon xətti ), sənədləşmə ilə birlikdə müasir bir şəhərcik salırıq. Massivin yaşayış başladıqdan sonra tam infrastrukturla – məktəb, baxça, poliklinika, aptek, ticarət mərkəzi ilə təmin olunması əhalinin ehtiyaclarını olduqca rahatlaşdıracaqdır. Müştərilərimiz əldə etdikləri mənzil və ya torpaq sahəsinə ödədikləri qiymətlərdən razıdırlar, bir çox müştəriyə tam sənədləşdirmə - çıxarış verilib.

Hazırda Sevil Massivində Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffavlığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən sanki razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Məlumat üçün bildiririk ki, Aynur Zeynalov Respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır. Və sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq Sevil Massivi MTK olaraq ofisimizin yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik".
Bolgexeber.com