“Xəqani” bağında kütləvi dava haqqında rəsmi məlumat
23-07-2014, 17:30
Oxunub: 4 146
Dava iştirakçılarından silah çıxdı
Baş Prokurorluq Bakıda baş verən kütləvi dava barədə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, dünən 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, “Xəqani” bağının yaxınlığında kütləvi dava baş verib.
Dava zamanı 1989-cu il təvəllüdlü Şahin Elçin oğlu Quliyevin bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanib.
İstintaqla müəyyən edilib ki, Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə “Xəqani” bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə ediblər.
Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar.
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunublar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və “beşbarmaq” aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər