BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun adamından narazılıq

Səlim Müslümovun adamından narazılıq

24-07-2014, 10:30
Oxunub: 2 826 İmran Əzimov sürəkli olaraq tabeliyində çalışan müfəttişləri müəssisələrdən rüşvət toplamağa təhrik edir

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində yer almış çeşidli qanun pozuntularından bəhs etmişdik. Qeyd olunduğu kimi bu qurum ölkənin Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərən müəssisələrdə əmək məcəlləsinin maddələrinə riayət olunmasına, eləcə də həmin müəssisələrdə çalışan insanların hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirməlidir. Lakin müxtəlif mənbələrin iddiasına görə bu qurumun rəhbəri İmran Əzimov daha çox nəzarət etdiyi müəssisələrin rəhbərləri ilə yolverilməz sövdələşmələrə girərək, işçi və fəhlələrin qanuni hüquqlarının pozulması hesabına şəxsi mənfəət əldə etmək taktikasına üstünlük verir. Onun göstərişi ilə müəssisələrdə yoxlamalar subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə aidiyyəti olan dövlət qurumunun müvafiq çıxarışları olmadan aparılır. Halbuki, Dövlət Əmək Müfəttişliyi tərəfindən hər hansı bir idarə, müəssisə və təşkilatda yoxlama bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin yazılı əmri və ya sərəncamı əsasında həyata keçirilə bilər. Həmin əmrin və ya sərəncamın əsli idarə, müəssisə və təşkilata təqdim olunmalıdır. Bəzi hallarda isə ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya ki, “müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı barədə yuxarı instansiyaya məruzə edilir. Eyni zamanda da bu müfəttişliyin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu da diqqəti cəlb edir. Məlumatlarda bildirilir ki, İmran Əzimov sürəkli olaraq tabeliyində çalışan müfəttişləri müəssisələrdən rüşvət toplamağa təhrik edir. Mənbələrin dediyinə görə İ.Əzimov əmək müfəttişlərinə xəbərdarlıq edib ki, tələbi yerinə yetirməyənlər dərhal işdən çıxarılacaqlar. Bu səbəbdən də dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Bu arada isə İmran Əzimov müəssisələrdən rüşvət yığımlarını daha “effektiv şəkildə” həyata keçirmək üçün özünün tələblərinə cavab verən meyarlar əsasında xüsusi işçi heyətinin işə qəbulunudavam etdirir. Bu barədə redaksiyamıza yeni təqdim olunan məlumatlarda xəbər verilir ki, 22 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində daxili əmr əsasında ikinci müfəttiş heyəti yaradılıb. Müəssisə və təşkilatlarda yoxlamaları da əksər hallarda məhz bu heyət həyata keçirir. Bu qoçaqlar isə dövlət qulluğuna qəbul imtahanlarında uğursuzluqla qarşılaşsaıar da, əvəzində müəssisələrdən pul qoparmağı yaxşı bacarırlar.