BolgeXeber.Com » Gündəm » 2 saylı Doğum Evi hansı qanunlarla idarə edilir?

2 saylı Doğum Evi hansı qanunlarla idarə edilir?

24-07-2014, 13:30
Oxunub: 4 277 Baş həkim Mehriban Abbasquliyevadan şikayət

Səhiyyə sahəsində yaşanan problemlərin ardı-arası kəsilmir. Dəfələrlə səhiyyə sistemindəki problemlər barədə müvafiq qurumları məliumatlandırsaq da, baş verənlərlə bağlı ölçü götürülmür. Çox təəssüf ki, bu sahədəki özbaşınalıqlar, qanunsuz əməllər durmadan artır. Bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24 ünvanda yerləşən 2 saylı doğum evində yaşanan neqativ hallarla bağlı məlumat verəcəyik. Adıçəkilən xəstəxananın baş həkimi Mehriban Abasquliyevadır. Sözügedən xəstəxanadan hər gün redaksiyamıza yüzlərlə şikayət daxil olur.

Bildirilir ki, orada peşəkar kadrlar yox səviyyəsindədir, lazımı tibbi avadanlıqlar köhnəlib sıradan çıxıb. Ümumiyyətlə, bu xəstəxanaya bir dəfə gələn, bir də gəlmək istəməz. Müasir standartlara cavab verməyən 2 saylı Doğum Evindən hamı narazıdır. İnsanlarda narazılığı yaradan isə sözügedən tibb ocağında rəhbərliyin yaxşı əllərdə olmamasıdır. Çox təəssüf ki, bu tibb müəssisəsində qapıçıdan tutmuş baş həkimə qədər hamı adamın əlinə baxır. Buradakı özbaşınalıq, qanunsuz əməllər tibb ocağını heç də səhiyyə müəssisəsinə oxşatmir. Onu da qeyd edək ki, 2 saylı Doğum Evində baş verən bütün qanunsuzluqların arxasında baş həkimin dayandığı deyilir. Mehriban Abbasquliyeva sözügedən tibb müəssisəsini elə vəziyyətə qoyub ki, xəstəxanaya bir gələn bir də gəlmir. Gələnlər soğan kimi elə soyulurlar ki, bir neçə ay özlərinə gələ bilmirlər. Bildiyiniz kimi, dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olmalıdır. Amma adıçəkilən xəstəxanada bütün xidmətlər üçün pul ödənməlidir. Pul vermədikdə isə göstərilən xidmət sıfıra bərabər olur. Vətəndaşların bildirdiyinə görə, kim ki, qanundan danışır, haqqını tələb edirsə, həkimlərlə dirəşirlərsə, həmin insanları incidirlər. Xəstəyə yaxşı baxmırlar. Bir sözlə, 2 saylı Doğum Evinin həkim personalını insan həyatı düşündürmür. Görünür, son dövrlər korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə aparılması barədə edilən bəyanatlar imitasiyadan başqa bir şey deyil. Son vaxtlar daha ciddi qanun pozuntularına yol verilməsi də xüsusi olaraq vurğulanır. Belə ki, həmin məlumatlara əsasən bu tibb müəssisəsində məhz son iki il ərzində həyata keçirilən nigahdankənar doğuşların sayının xeyli artdığı iddia olunur.

Bundan başqa, hamilə qadınlar həmçinin sözügedən xəstəxanadakı anti-sanitariya hallarından da şikayətlənirlər. Yataqlar elə vəziyyətdə olur ki, qadınlar məcburiyyətdən ondan istifadə edirlər.

Uşaq doğumu çox baha başa gəlir. Ana xəstəxanadan çıxana qədər nələrsə paylayır. Bəzi valideynlər bu qədər xərci dövlət hesablı doğum evinə çəkməkdənsə, özəl klinikalarda çəkməyi daha uyğun hesab edirlər. Özəl klinikalar da adından göründüyü kimi özəldir. Əvvəlcədən qiymətlər bəllidir. Lakin xidmətləri yüksək məbləğdə göstərmələri bunun normal qiymət olmasına haqq qazandırmır. Sözsüz ki, əhalinin yoxsul təbəqəsi özəl klinikların xidmətlərindən yararlana bilmirlər. Bəzi analar isə özəl klinikalarda doğuşdan bir neçə gün sonra ananı evə buraxdıqlarını bildirirlər. Lakin hamı bilir ki, uşağın göbəyi düşməyincə ana və körpə evə buraxılmamalıdır. Bunun ağır nəticələri ola bilər. Bu hala isə 2 saylı doğum evində tez-tez rast gəlindiyi bildirilir.gundelik-baku

Aidiyyəti qurumların bunu diqqətdə saxlaması xahiş olunur.