“Baksell”də problem: abonentlər aldadılır
29-07-2014, 13:10
Oxunub: 3 294
“Baksell” abonentlərinin balansını artırmaq üçün lazım olan kart hələ də satışda yoxdur.
Bolgexeber.com axar.az -a istinadən xəbər verir ki, 10 günə yaxındır davam edən bu problemin aradan qaldırılacağı barədə məlumat verilsə də, şirkət balansı artırmaq üçün kart satışını hələ də bərpa etməyib. Bu isə abonentlər üçün ciddi narahatlıq yaradır. “Baksell” istifadəçiləri yalnız paypoint və internet üzərindən ödənişlə balanslarını artıra bilirlər.
“Baksell” məlumat mərkəzindən problemin hansı səbəbdən baş verdiyi barədə heç bir açıqlama verməyiblər. Mərkəz sorğuya cavab olaraq problemin yaranma səbəbinin özlərinə də bəlli olmadığı barədə açıqlama ilə kifayətlənib. Həmçinin şirkət iyulun 27-dən kart satışının bərpa ediləcəyi barədə vədini də yerinə yetirməyib.
“Baksell” məlumat mərkəzindən həmçinin bildirilib ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi bayram günü olduğu üçün işləmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər