BolgeXeber.Com » Gündəm » YPX əməkdaşı vətəndaşı komaya saldı

YPX əməkdaşı vətəndaşı komaya saldı

10-11-2011, 10:25
Oxunub: 5 350 Şamaxıda polis mayorunun vətəndaşdan 50 manat rüşvət istəməsi iki nəfərin ölümcül vəziyyətə düşməsinə səbəb olub

Şamaxıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları sürücünü əsəb gərginliyindən xəstəxanalıq edib. Bu barədə Bolgexeber.com-a sözügedən rayondan əməkdaşımız məlumat verib. Onun bildirdiyinə görə, hadisə noyabrın 4-də Şamaxı bazarının yaxınlığında baş verib.

Əməkdaşımız bildirir ki, həmin gün Şamaxı YPX-nin mayoru Adil Həmzəyev və çavuş Anar Şükürov rayon sakini Dərgahov İbrahimin idarə etdiyi VAZ 21011 markalı maşını saxlatdıraraq, sənədlərini istəyiblər. Avtomobilin sənədləri yerində olsa da, A.Həmzəyev İ.Dərgahovdan 50 manat pul istəyib. Bu qədər pulu olmadığını bildirən Dərgahov avtomobilinin buraxılmasını və sənədlərinin geri verilməsini tələb etsə də, YPX əməkdaşı ona əhəmiyyət verməyib. Həmin vaxt sürücünün maşınında əyləşmiş anası Gülmirə Dərgahova da polisdən avtomobilin buraxılmasını xahiş etsə də bir nəticə hasil olmayıb.

Məlumatda deyilir ki, yaranmış gərgin vəziyyətdən sters keçirən G.Dərgahova koma vəziyyətinə düşüb. İ.Dərgahov isə yaşadığı stress üzündən iki gün əsəb sarsıntısının təsiri altında qalıb. Yaxınlıqdakı şəxslərin yardımı ilə xəstəxanaya çatdırılan İ.Dərgahov və G.Dərgahova orada tibbi yardım aldıqdan sonra özlərinə gələ biliblər. İ.Dərgahov ilkin yardımdan sonra evə buraxılsa da, G.Dərgahovanın bir müddət həkim müayinəsi altında saxlmaq məqsədi ilə günün sonuna kimi xəstəxanaya yerləşdiriblər.

Bolgexeber.com-un əməkdaşı xəbər verir ki, hadisə vaxtı G.Dərgahovanın ağır vəziyyətə düşdüyünü görən A.Həmzəyev və A.Şükürov maşının sənədlərini orada ataraq, ərazidən uzaqlaşıblar. Maraqlı burasıdır ki, həmin şəraitdə polis əməkdaşları onlara yardım göstərmək əvəzinə, aradan çıxıblar.
Məsələ ilə bağlı mitbuata danışan A.Həmzəyev belə bir hadisənin olmadığını deyib. O, ümumiyyətlə belə bir olayın olduğunu inkar edib.