“Liseyin müəllimi SOCAR-a işə düzəltmək adı ilə məndən 3 min aldı...”
30-07-2014, 14:10
Oxunub: 5 245
Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ev 14, mənzil 16- da yaşayan İmran Əsgərov “Qafqazinfo”ya şikayət məktubu göndərib.
Şikayətçi qeyd edir ki, Dövlət Dəmir Yol liseyinin dil ədəbiyyat müəllimi Cəmilə Səmodova ondan Neft Şirkətində işə düzəltmək məqsədilə 3000 manat pul alıb. Üstündən 9 ay keçməsinə baxmayaraq hələ də işə düzəltməyib və pulu mənimsəyib:
“Cəmilə Səmədova pulumuzu qaytarmır. Məsələ ilə bağlı Nərimanov rayon Prokurorluğuna müraciət etmişik. İşi 16- cı polis bölməsinə göndəriblər. Bölmənin tədqiqatçısı bizə bildirdi ki, məsələni özünüz həll edin. Axırda liseyin direktoru və müavini ilə görüşdük. Direktorun köməkliyi ilə Cəmilə Səmədova pulun 1000 manatı qaytardı. Qalanını da iyulun 15-də qaytaracağına dair yazılı izahat verdi. Amma üstündən 15 gün keçməsinə baxmayaraq pulun qalanını hələ də qaytarmır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər