BolgeXeber.Com » Gündəm » Bu günə olan astroloji proqnoz

Bu günə olan astroloji proqnoz

2-08-2014, 08:50
Oxunub: 2 951 QOÇ - Ulduzların düzümü bu təqvimdə riskdən uzaq olmağı tövsiyə edir

Günorta saatlarında isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə bacardığınız qədər qənaətcil olun.

BUĞA - İnsanların bir-birinə soyuqlaşdığı indiki ərəfədə dini-mistik dəyərlərə qiymət verməlisiniz. Bu baxımdan Tanrıya zidd olan addımlar atmamalısınız. Səhhətinizi qoruyun.

ƏKİZLƏR - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Başqalarının qəlbinə dəyən hərəkətlərə yol verməyin.

XƏRÇƏNG - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.

ŞİR - Bu təqvimdə ən müxtəlif situasiyalarla rastlaşa bilərsiniz. Daha həssas olduğunuz üçün emosiyalarınızı cilovlayın. Mübahisə etməyin. Başınızı yalnız adi işlərlə qatın.

QIZ - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyəsiniz. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.

TƏRƏZİ - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən makismum yararlanmağa çalışın. Bu gün ziyarətə getmək, dua oxumaq sizə rahatlıq gətirəcək.

ƏQRƏB - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin, Tanrı nəzərini unutmayın.

OXATAN - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.

OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Ölçülü-biçili danışın.

SUTÖKƏN - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Bəxtinizdə pul da var.

BALIQLAR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.