BolgeXeber.Com » Gündəm » Daha bir əsgərimiz şəhid oldu

Daha bir əsgərimiz şəhid oldu

4-08-2014, 10:05
Oxunub: 2 701 Azərbaycan Ordusunun ağır yaralanmış əsgəri şəhid olub.

Müdafiə Nazirliyi rəsmi olaraq bu barədə məlumat yayıb. Məlumatda bildirilir:

“Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!”
Bolgexeber.com