“Sovetski”də ara qarışdı - FOTO
4-08-2014, 13:10
Oxunub: 3 396
Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri yenidən gərginliyə səbəb olub.
Bolgexeber.com aznews.az-a istinadla xəbər verir ki, bu gün səhər saatlarında dövlət tərəfindən ödənilən kompensasiyanın məbləği ilə razılaşmayan bir neçə sakinin evinin sökülməsinə edilən cəhdlər sakinləri ayağa qaldırıb. “Sovetski” sakinlərinin saytımıza verdiyi məlumata görə, söküntü işlərini aparmaq istəyən şəxslərlə onlar arasında qarşıdurma yaranıb. Nəticədə əraziyə polis əməkdaşları çağırılıb. Sakinlərlə danışıqlardan sonra məsələnin Yasamal Rayon İcra Hakimiyyətində yenidən müzakirə olunması barədə razılıq əldə edilib. Vətəndaşlar isə əraziyə yeridilmiş ekskavatorların və digər texnikanın çıxarılacağı təqdirdə danışıqlara gedəcəklərini bildiriblər. Nəticədə söküntü işlərini aparan şəxslər texnikanı ərazidən çıxarmağa məcbur olublar.

Sakinlərin bildirdiyinə görə, əraziyə gələn icra nümayəndələri sakinlərin sularını kəsilməsi barədə göstəriş verib. Və bu göstəriş dərhal icra edilib. Hazırda həmin əraziyə gələn su xətləri kəsilərək yola buraxılıb.
Eyni zamanda kanalizasiya boruları da xətdən ayrılıb. Bununla da ərazidə dözülməz bir vəziyyət yaranıb.
Ərazidən çəkilmiş son söküntülərin fotolarını təqdim edirik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər