Şəmkirdə qan tökən idarə müdiri ilə bağlı ilginc faktlar
6-08-2014, 19:25
Oxunub: 3 221
Komitə sədrinin I müavini ilə deputatın yaxın qohumu çıxdı
Ötən gün Şəmkirdə bələdiyyə sədrinin müavini Zakir Tağıyevi bıçaqla vuran rayon Maliyyə idarəsinin müdiri Nazim Məlikov Dövlət Statistika Komitəsi sədrinin 1-ci müavini, hazırda sözügedən komitənin sədri vəzifəsini icra edən Həmid Bağırovun bacanağıdır. Belə ki, Nazim Məlikovla Həmid Bağırov bacanaqdırlar, onların həyat yoldaşları xala qızıdırlar. Həmid Bağırov eyni zamanda Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır.
Verilən məlumata görə, Nazim Məlikovun həmin vəzifəyə təyinatında Tovuzun icra başçısı işləyən zaman Həmid Bağırov müstəsna rol oynayıb. Maraqlıdır ki, bu ağır hadisəyə baxmayaraq, saxlanılan Nazim Məlikov elə həmin günü sərbəst buraxılıb.
Məlumatda bildirilir ki, sədr müavininə bıçaqla ağır xəsarətlər yetirən N.Məlikovun azadlığa buraxılması təkcə tutduğu vəzifədən irəli gəlməyib. İddiaya görə, onun sərbəst buraxılmasında Həmid Bağırovla deputat Əhliman Əmiraslanovun şəxsi nüfuz və əlaqələri əsas rol oynayıb.
Təəssüf ki, cəhdimizə rəğmən, Həmid Bağırovun mövqeyini öyrənmək mümkün olmayıb.
Amma Həmid Bağırovun qardaşı Musa Bağırov Mia.az-a açıqlamasında bələdiyyə sədrinin müavinini bıçaqlayan Nazim Məlikovun qardaşının bacanağı olduğunu təsdiqləyib: «Bəli, onlar bacanaqdırlar. Nazim Məlikovu vaxtı ilə Həmid Bağırov vəzifəyə yerləşdirib. O vəzifəyə qədər Nazim çox imkansız adam olub. Hətta mənə 1985-ci ildə 5 min borcu da vardı, onu zülmlə geri qaytardı…».
Xatırladaq ki, rəsmi yayılan məlumatda Şəmkirin Düyərli kəndində rayon Maliyyə İdarəsinin müdiri Nazim Məlikovun Düyərli kənd Bələdiyyəsinin sədr müavini Zakir Tağıyevi bel, kürək və baş nahiyyəsindən bıçaqladığı bildirilib: “Yaralı ağır vəziyyətdə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qanlı cinayət törədən Nazim Məlikov polis bölməsinə aparılıb. Sonradan o, sərbəst buraxılıb. İlkin məlumata görə, hadisəyə torpaq üstündə yaranan anlaşılmazlıq səbəb olub.
Qeyd edək ki, Nazim Məlikovun qanını tökdüyü Zakir Tağıyevlə qohumluq əlaqələri var və onun hadisəni törədərkən sərxoş olduğu bildirilir”.
//mia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər