Tovuzda tutulan erməni danışdı: "Digər 2 yoldaşım sərhəddə öldü"
7-08-2014, 15:10
Oxunub: 3 726
Tovuz rayonunda girov götürülən Ermənistan vətəndaşı Petrosyan Arduş Dalenoviç hüquq-mühafizə orqanlarına təhvil verilib.
Bu barədə rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib.
O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib.
İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub:
“Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar”, -deyə, T.Hüseynov əlavə edib.
Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanlarına təslim ediblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər