Kürdəmirdə avtoqəzada ölən şəxsin atası danışdı
7-08-2014, 17:40
Oxunub: 3 265
"Sosial şəbəkələrdə mərhum oğlumun ruhunu narahat etməsinlər və siyasi oyuncağa çevirməsinlər"
Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada dünyasın dəyişmiş mərhum Cəbiyev Nizami Tofiq oğlunun atası Cəbiyev Tofiq Məhi oğlunun müraciəti:
"Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada dünyasını dəyişmiş mərhum Cəbiyev Nizami Tofiq oğlunun atası Cəbiyev Tofiq Məhi oğlu açıqlama vermişdir.
Tofiq Cəbiyev bildirmişdir ki, avqustun 5-də oğlunun idarə etdiyi “VAZ 21015" markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus ”Toyota Land Gruiser" markalı xidməti maşınla toqquşmuşdur.Hadisə baş verdikdən sonra dərhal hadisə yerinə gəlmişəm, mərhum oğlum Nizami müxtəlif ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanaya daxil olarkən kəskin qanitirmə və daxili qanaxma olduğundan oğlumun hər hansı nəqliyyat vasitəsi ilə daşınması mümkün olmamışdır. Buna baxmayaraq mərhum təcili qaydada Xəstəxanasının Cərahiyyə şöbəsində əməliyyata götürülmüşdür. Həkimlərin ciddi cəhdlə çalışmalarına baxmayaraq oğlumun həyatın xilas etmək mümkün olmamışdır. Əməliyyata Bakı şəhərindən xüsusi həkim mütəxəsislər çagırılmış, lakin oğlumun həyatını xilas etmək mümkün olmamışdır.
Tofiq Cəbiyev sonda qeyd etmişdir ki, sosial şəbəkələrdə mərhum oğlumun ruhunu narahat etməsinlər və siyasi oyuncağa çevirməsinlər".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər