Yaşayış minimumu: - kimin üçün necə?
8-08-2014, 17:00
Oxunub: 3 100
Əmək qabiliyyətlilər üçün 119 manat, pensiyaçılar üçün 89 manat
Ölkəmizin bəzi iqtisadçıları normativlər əsasında avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıb. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 166,70 manat, pensiyaçılar üçün 150,74 manat, 0-14 yaşlı uşaqlar üçünsə 205,04 manat təşkil edib. Qeyd edək ki, ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,84 manat, pensiyaçılar 93,97 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 115,35 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 41,86 manat, pensiyaçılar üçün 39,06 manat, 0-14 yaşlı uşaqlar üçün 74,79 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.
Xatırladaq ki, "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2014-cü il üçün yaşayış minimumu 100 manat, əmək qabiliyyətli əhali üçün 119 manat, pensiyaçılar üçün 89 manat, uşaqlar üçün 91 manat məbləğində müəyyən olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər