Bu ölkədə həkimlər xəstəxanalardan qaçır
11-08-2014, 01:35
Oxunub: 3 638
Dəhşətli “Ebola” virusu epidemiyasının yayıldığı Afrika ölkələrindən biri olan Liberiyada həkimlər virusa yoluxmamaq üçün kütləvi şəkildə xəstəxanalardan qaçır
“Sərhədsiz həkimlər” beynəlxalq təşkilatı bu barədə bildirib. Təşkilat bəyan edir ki, Liberiyanın səhiyyə sistemi darmadağın olub və “Ebola” virusu epidemiyasının qarşısında acizdir.
“Sərhədsiz həkimlər”in Liberiyadakı koordinatoru Lindis Xurum bildirib ki, bu ölkə hakimiyyəti epidemiyanın miqyası barədə məlumatları azaldır. Onun sözlərinə görə, təşkilatın həkimləri hazırda öz imkanlarının hüdudları xaricində işləməyə məcburdurlar. Lindis Xurum bildirib ki, Liberiyanın paytaxtı Monroviyada beş iri hospital bir həftədir işləmir. Çünki bütün tibb personalı virusun qorxusundan xəstəxanalardan qaçıb. Ölkənin digər regionlarına da tibb personalının xəstəxanaları kütləvi şəkildə tərk etməsi üzündən “Ebola” virusuna yoluxanlara yardım edən tapılmır. “Biz birmənalı şəkildə müşahidə edirik ki, Liberiyanın səhiyyə sistemi necə darmadağın olur” deyə Xurum bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər