Bu gün ulduzlar nələr vəd edir?
12-08-2014, 08:15
Oxunub: 2 538
QOÇ - Müəyyən qədər gərginliklə üzləşmə ehtimalınız var
Odur ki, həmkarlarınızla, eləcə də qonum-qonşu ilə ünsiyyətdə səmimi olmağa çalışın. Ciddi işləri təkbaşına həll etməyin.
BUĞA - Kənardan köməyə ehtiyac duyduğunuz hiss olunur. Göy qübbəsi bu istiqamətdə sizə yardımçı olacaq. Amma özünüz də passiv dayanmayın. Nahardan sonra şəxsi büdcənizdə artım ola bilər.
ƏKİZLƏR - Təəssüf ki, astroloji göstəricilər bu təqvimin passiv keçəcəyini bəyan edir. Münaqişələrə cəlb olunmaq istəmirsinizsə, iradəli və təmkinli olun. Bir az müşahidəçi rolu oynayın.
XƏRÇƏNG - Durumunuzdan bəlli olur ki, etibar etdiyiniz adamların əksəriyyəti sözünədüz şəxslər deyil. Bu isə sizin üçün həmişə problem yaradır. Odur ki, belə məsələlərdə sərt olmağa çalışın.
ŞİR - Yeniliklərlə dolu bir tarix yaşayacaqsınız. Qeyri-adi hadisələr, tanışlıq, əməkdaşlıq, eşqə düşmək və s. kimi amillər bu bürcün müvafiq adamlarının rastlaşacağı hadisələrdən olacaq.
QIZ - Bəxtinizdə riskli bir gün durub. Amma qorxmağa dəyməz. Çünki bu gün Göy qübbəsi sizi müdafiə etməkdədir. Təxminən saat 15-dən sonra şəxsi işlərinizdə böyük dönüş yarana bilər.
TƏRƏZİ - Kifayət qədər uğurlu gündür. Bir tərəfdən şəxsi işlərinizdə müsbət qığılcımlar, digər tərəfdənsə maliyyə işlərinizin qaydasına düşməsi əhval-ruhiyyənizi xeyli yüksəldəcək.
ƏQRƏB - İkitərəfli əlaqələr uğur gətirə bilər. Bu səbəbdən də potensial imkanlarınızdan bacardığınız qədər istifadə etməlisiniz. Hər bir işdə Allahı yada salın. Məntiqsiz iş görməyin.
OXATAN - Fəaliyyət göstərdiyiniz obyektlərdə mülayim davranın və hər kəsin ovqatını yüksəltməyə çalışın. İlahidən üzərinizə düşən bu missiyanı reallaşdırsanız, uğurlar qapısını açacaqsınız.
OĞLAQ - Bəxtinizdə əyləncəli məqamlar durur. Bu səbəbdən də qonaq getmək, dostlarla birlikdə əylənmək və ya səfərə çıxmaq sərfəlidir. Özünüzü təkəbbürlü aparmaqdansa, sadəliyə üstünlük verin.
SUTÖKƏN - Hər mənada düşərli gündür. Ədalətli cəhdlərinizin əksəriyyəti reallığa yaxınlaşacaq. Paxıllıq və qisas hissindən uzaq olun. İntim əlaqə və uzaq səfərlər isə ümumiyyətlə, yolverilməzdir.
BALIQLAR - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün riskli iş görməyin. Amma etibar etdiyiniz adamlar dəstək versə, axşama doğru planlarınızı reallaşdırmaqda çətinliyiniz olmayacaq. Ağır qidalardan qaçın.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər