BolgeXeber.Com » Gündəm » “Beynəlxalq gənclər günü” münasibəti ilə Qaradağda əsgərlərimizlə görüş keçirilib
“Beynəlxalq gənclər günü” münasibəti ilə Qaradağda əsgərlərimizlə görüş keçirilib
12-08-2014, 17:40
Oxunub: 3 271
Tədbirin sonunda hərbi xidmətdə fərqlənmiş bir neçə nəfər zabit və əsgər xatirə hədiyyələri və fəxri fərmanlarla təltif ediliblər
Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəxsi heyətlə “12 avqust – Beynəlxalq gənclər günü” münasibəti ilə görüş keçirilib
İlk öncə Dövlət Himnimiz səsləndi. Tədbirin təşkilatçıları Beynəlxalq gənclər günü”nün tarixi məqsədləri və əhəmiyyətindən danışaraq gənc zabit və əsgərləri “12 avqust – Beynəlxalq gənclər günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik ediblər. Qeyd edilib ki, son zamanlarda cəbhə bölgəsində baş verənlər bir daha Azərbaycanımızın güclü ordusunun varlığını sübut etdi və vətənimizin müdafiəsinin etibarlı əllərdə olduğunu, hər bir əsgərinin ana torpaq uğrundan canından və qanından fədakarcasına keçməyə hazır olduğunu göstərib.
Daha sonra tədbirdə Ə.Əmirov adına Mədəniyyət Sarayının ansamblı konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda hərbi xidmətdə fərqlənmiş bir neçə nəfər zabit və əsgər xatirə hədiyyələri və fəxri fərmanlarla təltif ediliblər. Hərbi hissə rəhbərliyi də öz növbəsində belə görüşlərin təşkili üçün rayon rəhbərliyinə öz təşəkkürlərini bildirib. Azərbaycan əsgərinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olduğunu qeyd edərək bunun üçün Ölkə başçısına, Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi və xidmətlərində hər zaman Vətənə, xalqa, millətə sadiq qalacaqlarını bəyan edib.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər