Masallıda sürücülərin etiraz aksiyası-VİDEO
12-08-2014, 17:50
Oxunub: 3 177
"Sürücülər yalan danışır"
Bolgexeber.TV bildirir ki, Masallı rayon daş bazarının sürücüləri bazardakı şəraitsizlikdən bezdiklərindən, Ələt-Astara yolunun Masallı istiqamətində etiraz aksiyası keçiriblər. Əməkadaşlarımız həmin ərazidə olub və etiraz edən yük maşınlarının sürücülərinin problemləri ilə maraqlanıblar.Bazara daş gətirən sürücülər, bazarın şəraitsizliyindən və bazarda onlara qarşı bir sıra qanunsuzluqdan şikayətlənərək bildiriblər ki,ya bizi köhnə daş bazarına qaytarsınlar, ya da ki, burada bizlərə şərait yaratsınlar. Bazarın vəziyyəti ilə maraqlanan əməkdaşlarımız deyilənlərin canlı şahidi olub. Burada həqiqətən də yük gətirən sürücülər üçün, lazımı dərəcədə şərait yoxdur.Sürücülərin haqlı şikayəti ilə əlaqədar bazar rəhbəri Rahim Şükürovdan məsələyə aydınlıq gətirməsini xahiş etdik. Rahim bəy bazardakı şəraitsiliklə bağlı açıqlama verərək bildirdi ki “bazar yenidir sürücüləri də başa düşürəm. Çalışıb onların tələblərini qısa bir zamanda həll edəcəm.” Bazar rəhbəri onu da əlavə etdi ki, həftə ərzində sürücülərin tələblərini yerinə yetirmək üçün imkan daxilində onlara şərait yaradacaq. Sürücülərdən alınan bazar puluna gəldikdə isə Rahim Şükürov belə deyib:
- Mən onlardan aldığım bazar haqqına görə qəbz verirəm. Sürücülər yalan danışır.
Biz də ümid edirik ki, sürücülərin istəyi tezliklə yerinə yetəcək.
Murad Hüseynov
Kamran Kamiloğlu
Anaxanım Adilqızı
Bolgexeber.TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər