BolgeXeber.Com » Gündəm » Füzuli rayonunda daha bir kəndarası yol istifadəyə verildi-FOTO

Füzuli rayonunda daha bir kəndarası yol istifadəyə verildi-FOTO

13-08-2014, 13:25
Oxunub: 4 045 2674 metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilmişdir

“Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Ərazidəki yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və kəndarası yolların asfaltlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, rayonun simasını da büsbütün dəyişir”. Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilmişdir.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik etmişdir. Bildirmişdir ki, yolun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının füzulililərə göstərdiyi qayğının daha bir nümunəsidir. Alı Alıyev qeyd etmişdir ki, bu gün respublikada rayon mərkəzləri və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görülür.
Çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.
Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilmişdir.

Bolgexeber.com