Bakı metrosunda problem (VİDEO)
15-08-2014, 09:35
Oxunub: 3 732
Bu gün Bakı metrosunda növbəti problem yaşanıb
“Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarın “Koroğlu” stansiyasında qapıları bağlanmayıb. Beş dəqiqə qapıların bağlanmasına cəhd göstərilsə də, nəhayət sərnişinləri vaqonlardan düşürüblər və qatar depoya göndərilib.
Məsləyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə saat 08:35-də qeydə alınıb.
“Həzi Aslanov” – “İçərişəhər” marşrutu üzrə hərəkət edən 3 saylı qatarın“Koroğlu” stansiyasında qapıları bağlanmayıb. Problem qatarın birinci vaqonunun 2-ci qapısında baş verib.
“Həmin dəqiqə sərnişinlər qatardan düşürdülüb. Qatar depoya göndərilib. Əvəzində ehtiyat qatarı gətirilib. Həmin qatarın qrafikində təxminən dəqiqə yarım gecikmə olsa da, ümumi qrafikdə heç bir ləngimə qeydə alınmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər