Nazirin işdən uzaqlaşdırdığı general haqda yeni məlumat
15-08-2014, 11:20
Oxunub: 2 656
Yaradılan komissiyalar sadalanan iradların və edilən şikayətlərin düzgün olmadığı qərarını verib
Müdafiə Nazirliyində gedən yeni kadr dəyişikliyi haqda “Axar.az”a ilginc məlumat daxil olub.
Adının çəkilməsini istəməyən ehtiyatda olan yüksək rütbəli zabitlərdən biri nazirin əmri ilə vəzifədən uzaqlaşdırılmış və Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general Vaqif Məmmədovdan bəhs edib. Xatırladaq ki, V.Məmmədov nazirliyin Şəxsi Heyət üzrə Baş İdarəsinin tərbiyə işləri üzrə rəis müavini olub.
Mənbə nazirlikdə hazırlanan qara piar əməliyyatlarının məhz general Vaqif Məmmədovun kabinetində hazırlandığını deyib. MN tərəfindən mətbuata və bir çox mətbuat nümayəndələrinə, eləcə də nazirliyin ayrı-ayrı əməkdaşlarına, onların rəhbərlik etdiyi strukturlara qarşı sayğısızlıq, qarayaxma əməliyyatlarına məhz o başçılıq edirmiş. Döyüş bölgələrində qeyri-döyüş şəraitində əsgərlərimizin itkilərində də general V.Məmmədovun səriştəsizliyi əsas götürülür.
Mənbə məlumatda onu da vurğulayır ki, Müdafiə naziri Zakir Həsənovun bu dəyişikliyi ordunun zabit heyətində məmnunluqla qarşılanıb: “Təsadüfi deyil ki, döyüş bölgələrində olan zabitlər dəfələrlə generalın əməllərindən nazirliyə şikayət etsələr də, bu şikayətlər V.Məmmədov və onun himayədarları tərəfindən özünün müsbət həllini tapmayıb. Yaradılan komissiyalar sadalanan iradların və edilən şikayətlərin düzgün olmadığı qərarını verib”.
P.S. Xatırladaq ki, bu tip xəbərlər artıq mətbuatda hallanmağa başlayıb və generalla bağlı müxtəlif şayiələr yayılmaqdadır. Generalı “qara piarda” suçlayanların “adını açıqlamadan” mediaya ötürdükləri bu xəbərlərin mahiyyəti də diqqəti çəkir.
General Vaqif Məmmədovun mövqeyini öyrənmək istəyimiz isə hələlik baş tutmayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər