BolgeXeber.Com » Gündəm » Fəhlə 18-ci mərtəbədən yixilib

Fəhlə 18-ci mərtəbədən yixilib

14-11-2011, 11:30
Oxunub: 5 247 Bakıda fəhlə faciəli şəkildə dünyasını dəyişib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Həsən Əliyev küçəsi 1067 ünvanında yerləşən, “İlin dörd fəsli” MTK-nın inşa etdiyi çoxmərtəbəli binada baş verib.

Həmin binada fəhlə işləyən Elsevər Nəbi oğlu Hacıyev 18 mərtəbədən binanın şaxtasına düşüb. Nəticədə fəhlənin bədəni bir-neçə hissəyə parçalanıb.

Baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasında təhlükəsizlik qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.