“Coca-cola” marketlərdən niyə yığışdırılıb? – FAKT
19-08-2014, 14:20
Oxunub: 9 531
Paytaxtda fəaliyyət göstərən iri dükanlardan “Coca-Cola” firmasının içkiləri yığışdırılır. Bu barədə paytaxt sakinləri məlumat veriblər. Bildirilir ki, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb: “Bir neçə marketdə axtardım, tapmadım. Alıcılar sadəcə bildirirlər ki, artıq dükanda bu məhsullar satılmır. Ancaq səbəb göstərmirlər”. “Coca-Cola” firmasının məhsullarının əsasən iri marketlərdə – “Grand”, “Neptun” kimi ticarət obyektlərində satışına qadağa qoyulduğu deyilir.
Əməkdaşımız paytaxtdakı iri marketlərdən bir neçəsinə baş çəkib və vəziyyətlə maraqlanıb. Əməkdaşımız “Neptun” marketlər şəbəkəsinə aid mağazaların vitrinində “Coca-Cola”-nın bir dənə də içkisini tapa bilməyib. Satıcılarla söhbətləşən əməkdaşımız bunun dəqiq səbəbini öyrənə bilməyib. Satıcılar bildiriblər ki, həmin içkilərin satışdan çıxarılması 10 gün əvvəldən başlanıb. Həmin içkilərin yerinə isə vitrinlərə “Pepsi” içkiləri düzülüb.
Editor.az yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Cola-Azərbaycan şirkəti İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Demok Hanla söhbətləşib.
Portalımıza açıqlamasında şirkət təmsilçisi bu barədə məlumatsız olduğunu, yenicə toplantıdan çıxdığını və bununla bağlı gün ərzində bizi informasiya ilə təmin edəcəyini bildirdi.
Şirkət rəsmisinin bununla bağlı geniş açıqlaması olarsa, sayta yerləşdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər