BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadəyə qarşı daha bir yeyinti ittihamı

Əhməd Əhmədzadəyə qarşı daha bir yeyinti ittihamı

21-08-2014, 07:40
Oxunub: 2 797 Şikayət edən Lerik rayonunun Cəngə-miran kənd sakini Müşfiq Qafarovun bildirdiyinə görə yaşadıqları kənddin içməli və texniki su problemi var:
“Artıq 3 ilə yaxındır ki, biz bu çətinliklə üz-üzəyik. Yaşaddığımız kənd rayon mərkəzinin 1 km-liyində yerləşir. Mərkəzdə su var, bizdə isə yox.
Kənddə 200-dən çox təsərrüfat mövcuddur. Əhali öz tələbatını ödəmək üçün suyu atla, eşşəklə 15 km. uzaqdan yəni, Zuvandı ərazisində olan su hövzəsindən gətirir”.
Muşfiq Qafarov onu da bildirir ki, bu vaxta qədər kənd əhalisi su ehtiyacını həyətyanı sahələrində qazılan quyulardan ödəyirmiş, lakin bu quyular bulaqlarla birgə, xeyli vaxtdir ki, quruyub.
Dəfələrlə rayon rəhbərliyinə edilən müraciətlər isə cavabsiz qalıb.
Qeyd olunanlarla bağlı kənd bələdiyəsinin sədri Güləddin Şahverənovunda mövqeyini öyrəndik. O da faktı təsdiqlədi.
Bildirdi ki havaların quraq keçməsi onları movcud vəziyyətlə qarşı-qarşıya qoyub və problem təkcə onlarda deyil, Lerikin əksər kəndlərində vəziyyət eynidir.
Bələdiyyə sədirindən aldığımız məlumata görə, vəziyyətdən çıxş yolları var, lakin problemi həll etmək istəyən yoxdur.
Belə ki, bəzi imkanlı şəxlər şəxsi həyatyanı sahələrində artizan quyuları vurdurub, yerin 50-70 metir dərinliyindən su çıxaraq istifadə edirlər.
Belə quyuların hər metri 50 manata xüsusi aqreqat maşınlarıyla qazılır. Beləcə bir quyunun qazılıb istifadəyə verilməsi təxminən 4000-5000 manata başa gəlir.
Kənd əhalisinin isə buna imkanı çatmır. Üstəlik, yerqazan aqreqat da tapmaq çətindir.
Kəndlilər buna görə də problem öz güclərinə həll edə bilmirlər.
Rayon rəhbərliyi isə məsələnin həllinə biganə yanaşır.
Hazırda imkanı olanlar 3 ton yarımlıq su maşınına 30 manat verib suyu pulla alırlar.
Olmayanlar da at-eşşəklə bir təhər güzaranlarını keçirirlər.
Bir sözlə, Cəngə-miran kəndının ümidi Allaha qalıb.
P.S Məlumat üçün qeyd edək ki . "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə keçirdiyi tenderdə qalib olub Türkiyənin "Gelişim Group" şirkəti 28 milyon manata Lerikin su və kanalizasiya xəttlərini çəkməlidir . Su xəttinin çəkilişinə 2011-ci ildən başlanılıb və layihə 2016-cı ilə qədər bitməlidir. Lakin hal hazıra kimi görülən işlərin nəticəsi olanında kefiyəti yoxdur .Bəs onda 28 milyon hara getdi ?