Keçmiş nazir şikayət etdiyi üçün işçisinin oğlunu tutdurdu
21-08-2014, 17:30
Oxunub: 4 879
Füzuli Ələkbərovun şirkətindən ayrılan Məhərrəm İsmayılovun oğlu həbs edilib
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov işçisini işdən çıxarmaqla kifayətlənməyib, onun oğlunu da həbs etdirib. Bu barədə əldə etdiyi məlumata görə, hadisə sabiq nazirin olan “Man” şirkətində baş verib.
Məlumatda deyilir ki, Məhərrəm İsmayılov uzun illərin dəmirçisi olduğundan bir xeyli əvvəl “Man” şirkətində işə götürülüb Onun işə götürülməsinə səbəb isə aşmış və ya qəzaya düşmüş maşınların təmiri üçün Almaniyadan alınan dəzgahları işlədə bilməsi olub.Verilən məlumatda deyilir ki, uzun müddətdir sözügedən şirkətdə işlədiyi halda bu yaxınlarda “Man”ın kadrlar şöbəsinin müdiri onu yanına çağıraraq, son prezident seçkilərində Cəmil Həsənliyə səs verdiyini deyib. Və buna görə də, işədn çıxarıldığını bildirib.
Amma problem bununla da yekunlaşmayıb. Füzuli Ələkbərovun şirkətindən ayrılan Məhərrəm İsmayılovun oğlu həbs edilib. Belə ki, bir qədər əvvəl sərxoş vəziyyətdə olan polis işçilərinin ona və oğluna qarşı avtomobil qəzası törədiblər. Bunu “Azadlıq” qəzetində ictimailəşdirən Elmdar İsmayılov elə bu səbəbdən də qəzəbə tuş gəlib. Nəticədə o, evə getdiyi zaman yolda saxlanılaraq, 3 sutka həbs olunub. Və səbəb belə göstərilib ki, guya, Elimdar İsmayılov küçədə gedərkən uca səslə ölkədə azad seçki olmadığını deyərək, azad seçkilərin keçirilməsini tələb edib. Nəticədə o, guya, ictimai asayışı pozduğuna görə, Səbayel Rayon Məhkəməsinin qəraqi ilə İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə saxlanılıb.
Jam.az onu dəqiqləşdirə bilib ki, Məhərrəm İsmayılovun işdən çıxarılmasının bir başqa səbəbi də, oğlunun başına gələnləri “Azadlıq”a yazması və şikayət etməsiymiş. Bunu elə “Man”ın rəsmiləri deyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər