Sumqayıtda müğənnini döydülər – Video
22-08-2014, 12:00
Oxunub: 3 475
Sumqayıt şəhərində parkların birində müğənni ilə sakinlər arasında dava düşüb
Gecə saatlarında Sumqayıt şəhərində döyülərək təhqir edilmə faktı qeydə alınıb. Hadisə şəhərin Nəsimi əyləncə parkında baş verib. Belə ki gənc müğənni Həmid Soltan öz prodüseri Sitarə xanımla parkda atraksionlara əylənmək məqsədilə gəlib. Onların sözlərinə görə, atraksiyondan istifadə etməzdən öncə parkda xidmət edən şəxslər tərəfindən təhqir olunublar. Bundan sonra mübahisə davaya çevrilib.
Müğəninin dediyinə görə parkın əməkdaşları sərxoş vəziyyətdə olub və onlara təhqiredici sözlər işlədərk ,əl qaldırıb. Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları gəlib. Kiçik xəsarət alan Sitarə xanıma təcili tibbi yardım göstərilib. Müğənni hətta polis bölməsinədə müraciət edib. Artıq baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər 4-cü polis bölməsi həmin şəxslərin axtarışına başlayıb.
Elə bizdə üz tutduq sözügedən parka. Ancaq çəkiliş apardığımız vaxt parkda xidmət göstərənlərin əksəriyyəti belə bir hadisənin parkda çalışan əməkdaşlarla deyil burda dincələn sakinlərlə baş veridyini təsdiqlədi.
Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq kim və ya kimlər tərəfindən törədildiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər