Ramil Usubov dələduz polkovniki işdən qovdu – Foto
22-08-2014, 12:40
Oxunub: 4 901
“Aranızda olan mülki mübahisənin həllinə təşəbbüs göstərmədiyinə görə, Fuad Əliyev DİN-in müvafiq əmri ilə işdən azad olunub”.
Nərminə Əhmədovanın verdiyi məlumata görə, bu məzmunlu sözlər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi general Rasim Musayevin imzası ilə onun şikayətinə göndərilən cavab məktubunda qeyd olunub.İdarə şikayətçinin etdiyi müraciətdə Gəncə Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi, piolkovnik-leytenant Fuad Əliyevin 30.820 manat pulunu dələduzluqla ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı ittihamlarının həqiqəti əks etdirmədiyini də açıqlayıb. Buna baxmayaraq, mülki mübahisəni həll etmədiyi üçün polkovnik-leytenant işdən qovulub. Xatırladaq ki, Nərminə Aladdinovna Əhmədova adlı vətəndaş müraciətində bildirmişdi ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib.
N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim etmişdi və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlanlamışdı. Polkovnik-leytenant Fuad Əliyev isə açıqlamasında borc aldığı pulu qaytarmasına baxmayaraq, Nərminə Əhmədovanın ondan əl çəkmədiyini, onu şantaj etdiyini bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər