Şortikli şəklinə görə jurnalist işdən çıxarıldı
22-08-2014, 13:30
Oxunub: 4 336
"Pəhbərlik öz səlahiyyətlərini aşıb"
"Bu günlərdə "Azvision.az" saytının "Miss-Media” layihəsi çərçivəsində bu saytda fotosessiyam dərc olunduqdan və onun sosial şəbəkələrdə müzakirəsindən sonra çalışdığım "İnterAz” İnternet televiziyasının (www.interaztv.com saytı) rəhbərliyinin mənə olan münasibətinin dəyişməsinin şahidi oldum. Xüsusilə də sosial şəbəkələrdəki müzakirələr çalışdığım media qurumunun rəhbərliyində narahatlığın bir qədər də artmasına səbəb oldu. Bu narahatlığın əsas səbəbi kimi də "İnterAz”da redaktor vəzifəsində çalışan bir xanımın "şortikdə” foto çəkdirmək haqqına malik olması idi".
Bolgexeber.com "azerfax"a istinadən xəbər verir ki, bu sözləri fotosessiyasına görə redaktor vəzifəsində çalışdığı interaztv.com saytında təzyiqlərə məruz qalan jurnalist Fatimə İbrahimova bildirib. İşlədiyi media qrumunda dini mühitə üstünlük verildiyini diqqətə çatdıran xanım jurnalist bildirib ki, rəhbərlik öz səlahiyyətlərini aşıb: "Fotolarda xüsusi açıq-saçıqlıq olmasa da, rəhbərlik tərəfindən diqqətimə çatdırıldı ki, bu "İnterAz” redaktoru üçün yolverilməz haldır. Belə görünür ki, dindar əməkdaşlara və qurumda dini mühitə xüsusi üstünlük verilən media qurumunda "açıq-saçıq” foto çəkdirən əməkdaşın olması, üstəlik də redaktor vəzifəsində çalışması qəbul edilə bilmədi. Halbuki redaktor vəzifəsini tutmaq təklifi mənə "İnterAz”dan gəlmişdi və bu vəzifəyə də qurum rəhbərliyinin qərarı ilə təyin olunmuşdum. Lakin fotosessiya dərc olunduqdan sonra, yuxarıda göstərdiyim səbəblərdən qurum rəhbərliyi səlahiyyət həddini aşaraq və heç bir müvafiq qərar olmadan "Azvision.az” saytına bildirmişdir ki, guya mən bu sayta redaktor vəzifəsində çalışmağım barədə yanlış məlumat vermişəm və beləliklə də "Azvision.az”da "redaktor” sözünün "əməkdaşla” əvəzlənməsinə müvəffəq olub. Bu azmış kimi, "İnterAz”ın öz saytında da heç bir qərar və əsas olmadan eyni düzəliş edilmişdir. Nəticədə mən faktiki olaraq tutduğum vəzifə barədə yalan məlumat vermiş şəxs kimi təqdim edilmişəm, halbuki, mənim "İnterAz”da redaktor vəzifəsində çalışmağım barədə qurumun rəsmi saytında düzəlişdən əvvəlki məlumatın fotosübutu mövcuddur ki, onu da diqqətinizə təqdim edirəm.
Yaranmış etimadsızlıqla, sayğısızlıqla və vətəndaş hüququmu kobud şəkildə məhdudlaşdırmaq cəhdilə razılaşmayaraq və bu hadisədən sonra "İnterAz”da istənilən statusda çalışmağı qeyri-mümkün sayaraq, bu qurumu tərk etmək qərarına gəldim. Eyni zamanda, fotosessiyanı dərc etməklə bəzi insanların mənə olan əsl münasibətinin açılmasında yardımçı olduğuna görə "Azvision.az" saytına təşəkkür edirəm".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər